
Hakimi təhqir edən klub prezidentinin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 11 aprel 2025-ci il tarixli iclasında müzakirə olunan məsələlər açıqlanıb.
Komanda.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev barəsində verilən qərardan şikayətə baxıb və qərarını açıqlayıb:
1. “Hypers Guba” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 1 aprel 2025-ci il tarixdə 2-ci Liqada 19-cu tur çərçivəsində keçirilən “Hypers Guba” – “Ağdaş” oyunu bitdikdən sonra “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə klub rəsmisinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 400 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 3 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Bizi Facebook-da izləyin



