
“Hakimi “qızıl top”a layiqdir”
PSJ-nin sabiq müdafiəçisi, hazırda Meksikanın “Monterrey” klubunda forma geyinən Serxio Ramos dostu və keçmiş komanda yoldaşı Əşrəf Hakimi barədə yüksək fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, 2025-ci ildə “qızıl top” mükafatının mərakeşli müdafiəçiyə qismət olmasını arzuladığını bildirib:
“O, mənim dostum və qardaşımdır. Hakimi “qızıl top”a layiqdir. Hamı onu dəstəkləməlidir. Çünki o, dünya səviyyəli futbolçudur və peşəkarlığın nümunəsidir”.
26 yaşlı Hakimi ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 11 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, Paris təmsilçisi ilə Liqa 1-in, UEFA Çempionlar Liqasının, həmçinin, Fransa kuboku və superkubokunun qalibi olub.
“Qızıl top” mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.
Bizi Facebook-da izləyin



