“Hakimi PSJ-yə sadiqdir”

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin agenti Alexandro Kamano futbolçunun Paris klubu ilə müqaviləsinin mümkün uzadılması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli oyunçunun agenti onun PSJ-yə sadiq olduğunu bildirib:

“Mən zəmanət verə bilərəm ki, PSJ rəhbərliyi Hakimi ilə uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir. Əvvəllər o, “İnter” azarkeşlərinin sevimlisi idi. Amma əminəm ki, bu, tam bir hekayədir. Hakimi PSJ-yə sadiqdir”.

Hakimi 2021-ci ilin yayında 68 milyon avroya “İnter”dən PSJ-yə keçib. O, bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button