Hakimi niyə “İnter”i seçib? – meneceri açıqladı
İtaliyanın “İnter” klubunun bir neçə gün əvvəl “Real”dan heyətinə qatdığı Əşrəf Hakiminin meneceri Alexandro Camano açıqlama verib.
Komanda.az xəbər verir ki, Mərakeş mətbuatına danışan menecer, Hakiminin “neradzurra”ya transferinin səbəblərini açıqlayıb:
“İnter”in baş məşqçisi Antonio Konte mütəmadi olaraq Hakimi ilə əlaqə saxlayırdı. O, bizimlə klubun gələcək layihəsi, planları barədə danışdı. Bundan sonra futbolçunun “İnter”ə transfer olunmasına qərar verdik. Məncə, Konte kimi yüksək səviyyəli bir məşqçinin sizinlə əlaqə saxlaması və oyunçunu heyətində görmək istəməsi, klub üçün nə qədər vacib olduğunuzu sübut edir.
“Real”ın baş məşqçisi Zinəddin Zidan isə bu transferin əsas səbəbkarıdır. O, futbolçunu niyə komandaya çağırmadığını açıqlamalıdır. Bundan sonra Hakiminin karyerasının daha yaxşı olacağına inanıram”.
Bizi Facebook-da izləyin