“Hakimi günahlandıra bilmərəm”

“Həqiqətən də çox pis oynadıq. Mən heç vaxt məğlubiyyəti hakimlərlə əlaqələndirmirəm. Ancaq hakimlər bu matçda çox pis performans sərgilədilər. Bizim oyunumuz da yaxşı deyildi”.

Komanda.az xəbər verir ki, bunu “Naxçıvan” BK-nın baş məşqçisi Murat Dikmen klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis “Neftçi”yə 77:87 hesablı məğlubiyyəti şərh edib: “Top itkilərimiz, hücumda zəif çıxışımız, müdafiə ribaundlarında yetəri qədər aqressiv olmamağımız və bunların hamısı bizim əleyhimizədir. Bu hissədə isə hakimi günahlandıra bilmərəm. Rəqib komandanın 27 foul atışı etdiyini ilk dəfədir görürəm. Bu çox maraqlı bir haldır. Yəni 27 foul atışı edən komanda çox güman ki, həmin həftə taktikadan başqa sərbəst atışı üzərində də çalışıb. Bu tənqid mənim şəxsi fikirimdir. Biz öz səhvlərimizi bilirik. Bu barədə əlavə olaraq çalışacağıq. Son olaraq da hakimlərimizə məsləhətim odur ki, bu matçı izləyib özlərini tənqid etməyi bacarsınlar”.

Xatırladaq ki, “Naxçıvan” mövsümdə 3-cü dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button