Hakimi döyən klub prezidenti istefa verdi
Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Faruk Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.
Xatırladaq ki, Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin