
Hakimdə koronavirus aşkarlandı – Super Liqada
Türkiyə Super Liqasına təyinat alan futbol hakimlərindən biri koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxan hakimin simptom göstərmədiyi, lakin karantinə alındığı diqqətə çatdırılıb. 10 günlük təcrid olunan referinin kimliyi açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin