Hakim təsəlli verdi – Ukraynanın ulduz futbolçusuna
Ukrayna millisi dünya çempionatının seçmə mərhələsinin son pley-off matçında Uelsə minimal hesabla (0:1) məğlub olub və mundiala vəsiqə qazana bilməyib.
Komanda.az xəbər verir ki, final fitindən sonra ukraynalı yarımmüdafiəçi Oleksandr Zinçenko olduqca üzgün vəziyyətdə meydanda oturub və başını əlləri arasına alıb.
Qarşılaşmanın baş hakimi, ispaniyalı Mateu Laos “Mançester Siti”nin ulduzuna yaxınlaşaraq, onunla üzbəüz əyləşib. O, əli ilə yarımmüdafiəçinin başına toxunaraq onu sakitləşdirməyə başlayıb, təsəlli verib.
Uels 64 ildən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin