Hakim “Sumqayıt”ın prezidentinin ittihamlarını əsassız sayıb

Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin “matc.az” saytının baş redaktoru İxtiyar Əsgərov və “sports.az” saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.

Komanda.az xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.

Hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb.

Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.

Bundan əvv isə Nərimanov Rayon Məhkəməsi Rəfiyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button