“Hakim səhvləri olmasaydı, 3 il ardıcıl avrokuboklarda çıxış edərdik” – Rəşad Sadiqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Oyunla bağlı danışılası çox şey yoxdur. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. “Sabah” kimi komandaya qarşı əla futbol oynadılar. Yetərincə qol şanslarımız oldu. Son zamanlar top qapıdan keçmək istəmir. Səbirli olaq, daha çox çalışmalıyıq.

Hakim səhvləri məcbur edir ki, məşqçidən daha çox ekspertə çevriləsən. Hər oyundan sonra hakimlərin səhvlərini müzakirə edirik. Penalti epizodundan öncə top açıq-aşkar “Sabah”ın futbolçusundan çıxmışdı. Belə götürəndə heç-heçə hakim üçün ən yaxşı nəticə idi. 4 dəqiqə artırmışdı. Həmin vaxt da artıq vaxt bitmişdi. Belədə oyunu niyə bitirmir, niyə vaxtı uzadır?

Niyə hakim səhvləri başqa oyunlarda olmur? Məsələ “Zirə” ilə bağlıdır. “Zirə” nəticə verməməlidir. Hakim səhvləri olmasaydı, 3 il ardıcıl avrokuboklarda çıxış edərdik”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button