“Hakim qərarları məni təəccübləndirdi” – Berezutski

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Birinci hissədə çox yaxşı oyun oynadıq. Oyunun bitməsinə hələ var idi, lakin hakim oyunu saxladı. Bunlar mənim üçün sürprizdir. Oyunun son dəqiqəsində də çox yaxşı çıxış etdik. Mən hakimlər haqda danışmıram, lakin bu oyundakı hakim qərarları məni təəccübləndirdi, ümumi desək, məmnun qalmadım. Biz ruhdan düşmürük. Yenə davamlı şəkildə işləyirik. Hakimlik barəsində əlavə nəsə demək istəmirəm”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button