“Bəlkə də, bu, PSJ ilə oyuna görə oldu” – Sulşer
İngiltərə Premyer Liqasının son turunda “Arsenal”a 0:2 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, məğlubiyyətin səbəbini PSJ ilə oyunla əlaqələndirib:
“Oyuna yavaş başladıq. Bəlkə də, bu, Çempionlar Liqasındakı PSJ ilə oyuna görə oldu. Qol epizodları da yaratdıq, amma ilk qolu vurmaq vacib idi. Beş qol epizodumuz var idi. Bəzən belə hallar olur”.
46 yaxşı mütəxəssis, “topçular”ın ikinci qolu vurduqları penalti epizodu haqqında da danışıb:
“Hakim epizodun təkrarına baxanda çox təəssüflənəcək. O epizod penalti deyildi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin