
Hakimə fiziki güc tətbiq edən məşqçiyə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən “Record club” komandasının məşqçisi Ali Sabahiaghghalehi 5 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna mütəxəssisin “Yasamal Bakı” ilə görüşün 40-cı dəqiqəsində hakimə qarşı fiziki təzyiqə cəhd etməsi səbəb olub.
Sabahiaghghaleh birbaşa qırmızı vərəqə də alıb.
Futbol üzrə Gənlər Liqasında çıxış edən “Araz-Naxçıvan”ın baş məşqçisi Xəyal Mustafayev də eyni cəza ilə üzləşib. O, “Qarabağ”la görüşdə hakimi təhqir etdiyi üçün texniki zonadan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin