
Hakimə fiziki təzyiq göstərən oyunçuya 5 oyunluq cəza verildi
Azərbaycanın “Star Kargo” klubunun futzalçısı Qərib İbrahimov 5 oyunluq diskvalifikasiya olunub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
İbrahimovun cəzalanmasına Azərbaycan kubokunun 1/4 finalında “Neftçi” İK klubuna qarşı matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadəyə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə fiziki təzyiq göstərməsi səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin