
Çalhanoğlu qərarını verib
“İnter” yay transfer pəncərəsində yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yollarını ayıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu artıq qərarını verib və karyerasını Türkiyədə davam etdirmək istəyir.
Türk oyunçuya əsas namizəd “Fənərbaxça” göstərilir. Klub yaxın günlərdə “İnter”lə danışıqlara başlamağı planlaşdırır. “Fənərbaxça” Çalhanoğlu ilə razılığa gələ bilsə, İtaliya klubuna təxminən 15-20 milyon avro arası təklif göndəriləcək.
Hakan Çalhanoğluna “Qalatasaray” da maraq göstərir və transfer yarışına başlamağı planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



