
Hacıyev: “Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil”
“Azərbaycan Premyer Liqasında klubların sayının artırılması gündəmdə deyil”.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.
O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini bildirib:
“Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. Birinci diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas liqaya gələcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin