Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verildi
Üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.
Komanda.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.
Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.
Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin