Hacı Əliyev: “Bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm”

“Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm”

Komanda.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev şəxsi “instaqram” hesabında yazıb.

65 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı bu rekordu yeniləmək üçün uzun illərin lazım olduğunu bildirib:

“Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu rekordu özüm də dəyişə bilərəm”.

3 qat dünya çempionluğu ilə bərabər 3 qat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov isə 82 kq çəkidə üçüncü dəfə Avropa çempionluğuna yiyələnib. 2021-ci ildə Hüseynov dünya çempionu olub.

Paris-2024 Yay Olimpiya Oyunlarınadək iki dünya çempionatı keçiriləcək. Builki mundial 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda, gələn il isə Rusiyanın Krasnoyarsk şəhərində təşkil olunmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button