Hacı Əliyev çempionluğunu aprel şəhidlərinə həsr etdi

Üçqat dünya çempionu Hacı Əliyev artıq həm də üçqat Avropa çempionudu.

Komanda.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində 65 kq-da çıxış edən sərbəst güləşçimiz ardıcıl olaraq Belarus, Ermənistan, Rusiya, Moldova və Türkiyə güləşçilərinə qalib gələrək titulunu qoruyub.

Yarış başa çatdıqdan sonra Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına qələbə təəssüratlarını bölüşüb:

“Gördüyünüz kimi, çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim. Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram.

Yavaş-yavaş formamın zirvəsinə çatıram. Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdı. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button