“Həyatınızın qayğısına qalın və yaşayın, əlvida!” – Tanınmış məşqçi

İngiltərə millisinin keçmiş baş məşqçisi Sven-Yoran Eriksson açıqlama verib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 76 yaşlı isveçli mütəxəssis öldükdən sonra unudulmaq istəmədiyini deyib:

“Yaxşı həyatım olub. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq, amma həyat da ölümdən ibarətdir. Onu olduğu kimi qəbul etməyi öyrənməlisən. Ümid edirəm ki, insanlar mənim haqqımda “yaxşı insan idi” deyəcəklər. Məni bacardığı hər şeyi etməyə çalışan pozitiv biri kimi xatırlayacaqsız. Peşman olmayın, gülümsəyin. Hər şey üçün təşəkkür edirəm. Məşqçilər, oyunçular, izdiham fantastik idi. Özünüzə qulluq edin, həyatınızın qayğısına qalın və yaşayın, əlvida!”

“Roma”, “Fiorentina”, “Mançester Siti” klublarını, İngiltərə, Meksika millilərini çalışdırmış Eriksson bu ilin yanvarında mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyini və ən yaxşı halda bir il ömrünün qaldığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button