“Həyatımın klubundan ayrılmağa məcburam” – Baneqa

“Sevilya”nın futbolçusu Ever Baneqa UEFA Avropa Liqasının finalında “İnter”ə qalib gəldikləri oyundan (3:2) sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubda son oyununu keçirən futbolçu, çempion olduqları oyunla və ayrılığı ilə bağlı danışıb:

“Bu xüsusi an üçün deyə biləcəyim heç bir söz yoxdur. Həyatımın klubundan ayrılmağa məcburam, amma qazandıqlarımdan məmnunam. Komanda yoldaşlarımın sayəsində burdan titulla və başım dik ayrılıram. Bütün futbolçulara və məşqçilər heyətinə təşəkkür edirəm. Bu xüsusi andan zövq almalıyıq”.

2017-ci ildən “Sevilya”da çıxış edən Baneqa, karyerasını “Əl-Şabab”da davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button