Həyat yoldaşına, uşaqlarına, klubun sahiblərinə, azarkeşlərə… – Təşəkkür etdi

“Bernli”nin baş məşqçisi Vensan Kompani komandasının Çempionşipdəki qələbəsindən və Premyer Liqaya yüksəlməsindən sonra hisslərini bölüşüb.

Komanda.az xəbər verir ki, belçikalı mütəxəssis “tvitter”dəki paylaşımında təntənəli qələbədə əməyi olan hər kəsə və yaxın adamlarına təşəkkür edib:

“Son vaxtlar nə qədər inanılmaz anlar yaşadıq! Əvvəlcə Premyer Liqaya çıxa bildik, sonra liqa çempionu olduq. Qarşıda daha iki matçımız var. Bu mövsüm işimizlə fəxr edə bilərik.

Bu müstəsna oyunçulara və fədakar məşqçi heyətimə təşəkkürümü bildirirəm. Belə isti, qonaqpərvər və dəstəkləyici mühit yaratdıqları üçün klubun sahiblərinə, fantastik “Bernli” azarkeşlərinə çox təşəkkür edirəm.

Nəhayət, əlbəttə ki, bütün sevdiklərimə, həyatımda ən önəmli olanlara: həyat yoldaşıma, uşaqlarım və ailəmə təşəkkür etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button