Həşimova və Soltanova üçün AÇ-də bürünc medal şansı
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.
Yarışa 1/4 finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçirilib. Ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Həşimova iyunun 20-də bürünc medal uğrunda güləşəcək.
Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk mərhələdə bolqar rəqibinə birinci hissədə “tuşe” ilə qalib gəlib. Ancaq 1/4 finalda Belarus idmançısıyla bacarmayıb.
Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün Soltanova iyunun 20-də təsəlliverici görüşə çıxacaq.
Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığma üzvü ilk görüşdə ispan güləşçini “tuşe” ilə məyus edib. Ancaq daha sonra ukraynalı rəqibinə məğlub olub.
43 kq
1/4 final – Zenfira Həşimova – Valentina Haroşka (BLR) 8:0
1/2 final – Zenfira Həşimova – Aida Kərimova (UKR) 0:11
Bürünc medal görüşü – Zenfira Həşimova – Olqa Rexmetullova (RUS) / Justin Fanni Viquro (FRA)
49 kq
Təsnifat – Gültəkin Şirinova – Fatme Tahir Şaban (BUL) 8:0 (tuşe)
1/4 final – Gültəkin Şirinova – Anastasiya Yanotava (BLR) 2:14
57 kq
1/8 final – Birgül Soltanova – Kristina Sokolovska (UKR) 4:6
Təsəlliverici görüş – Birgül Soltanova – Emiliya Krekiun (MDA)
65 kq
1/8 final – Nigar Mirzəzadə – Andrea Molina Rodriges (ESP) 2:4 (tuşe)
1/4 final – Nigar Mirzəzadə – Yevgeniya Siedix (UKR) 0:4 (tuşe)
Bizi Facebook-da izləyin