Həsənov Avropa çempionu oldu – Final görüşünə çıxmadan
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, buna səbəb 79 kq çəki dərəcəsindəki idmançının finalda güləşəcəyi rəqibi, Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. Həkimlər onun yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər.
Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.
Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq, türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə makedoniyalı Məhəmmədhacı Nurovu sınağa çəkəcək.
Bizi Facebook-da izləyin