
Həsənalızadənin komandası evdə xal itirdi
Türkiyə 1-ci Liqasında 30-cu turun matçları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb.
İstanbul klubu evdə “Göztəpə” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1.
Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb.
“Tuzlaspor” 32 xalla 15-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin