“Nə dediklərini, nədən danışdıqlarını başa düşmürəm” – Klopp

İngiltərə Premyer Liqasının son turunda “Uotford”a 5:0 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə məbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, böyükhesablı qələbə qazandıqları üçün xoşbəxt olduğunu deyib:

“Nəticədən çox razıyam. İstədiyimiz futbolu bu oyunda göstərə bildik. Bir matçda 5:0 hesablı qələbə qazanmağınız üçün bütün futbolçuların yüksək səviyyədə oyun göstərmələri lazımdır. Qapıçımız iki mükəmməl qurtarış etdi, iki müdafiəçim möhtəşəm oynadı. Rəqibimiz də çox səviyyəli idi”.

Alman mütəxəssis, “Mançester Siti”nin də qələbə qazanması və aralarında xal fərqinin minimum olması ilə bağlı danışıb:

“Bizim əsas işimiz meydana çıxıb oyunumuzu oynamaq və qələbə qazanaraq, nələr olacağını görməkdir. Paltardəyişmə otağında kimsə mənə “Mançester Siti”nin qələbə qazandığını deyəndə, buna təəccüblənmirəm, ya da pis olmuram. Biz çempionluq yarışındayıq. Adətən, üst pillələrdə olan komandalar qələbə qazanırlar. Bu gün də “Mançester Siti”nin qələbə qazanmasını gözləyirdim.

Bu gün mükəmməl oyun göstərdik. Futbolçulara görə xoşbəxtəm, çünki bu nəticəyə layiq idilər. “Bavariya” və “Mançester Yunayted”lə oyunlardan sonra hərə bir şey dedi. Nə dediklərini, nədən danışdıqlarını başa düşmürəm. Hər zaman nəticəyə görə danışan insanlar olacaq, amma bizim diqqətimiz fərqli şeylərdədir. Hər matç belə oynamaq istəyirik. Həmişə qalib gələ bilmərik, amma sabit şəkildə davam etmək istəyirik”.

Premyer Liqada keçirdiyi 28 turdan sonra 69 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşan Mersisayd təmsilçisi, əsas rəqibi “Mançester Siti”ni 1 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button