ÇL: “Hər şeyimizi verdik, amma heç nəyə nail olmadıq”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab matçı (1:4) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu oyunda hər şeylərini verdiklərini, amma sonda heç nəyə nail olmadıqlarını bildirib:

“1:0 hesabı ilə irəlidəydik və bu, böyük üstünlük idi. Amma PSJ kimi yaxşı komandaya qarşı 10 nəfərlə oynayırsansa, bilirsən ki, əziyyət çəkəcəksən.

Hər şeyimizi verdik, amma sonda heç nəyə nail olmadıq. Qırmızı vərəqə aldığımız an məndə belə bir hiss yarandı ki, Barkolanın nəzarətində olan top bizim qapıçımıza daha yaxın idi. Hadisənin təkrarını görmədim, amma belə hiss elədim.

Bu ağır zərbədir, çünki biz daha da irəli gedə biləcəyimizə tam əmin idik. Qırmızı vərəqədən sonra nəticə üçün mübarizə apardıq, alınmadı. Özümüzü bir az toparlamaq və növbəti mövsüm daha çox uğur əldə etməyə çalışmaqdan başqa çarə yoxdur”.

Kataloniya klubunun müdafiəçisi Ronald Arauxo 29-cu dəqiqədə meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button