“Hər şey yoluna düşəndən sonra fərqli “Neftçi” görəcəksiniz” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la cavab qarşılaşmasından sonra (1:2) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, xarakterli kollektiv yaratmaq istədiklərini söyləyib:

“Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqə yaxşı oynadıq. Konfrans Liqası ilə vidalaşdıq, amma rənglərimiz uğrunda mübarizə apardıq. Meydançaya qələbə üçün çıxdığımızı nümayiş etdirdik.

Xarakterli komanda yaratmaq istəyirik. Futbolda hər şeyə hörmətlə yanaşmalıyıq. Şanslar az olsa da, təmsil etdiyin rənglər üçün sona qədər vuruşmalısan. Oyun dörd hissədən ibarət idi, bir hissəni biz qazandıq. Unutmayaq ki, bu matçlarda iştirak edə bilməyən Qara Qarayev kimi futbolçumuz var. Eddi İsrafilov, Ömər Buludov zədəli idi. Əlimizdə olan silahlarla mübarizə apardıq. Çalışdıq ki, enerjimizdən səmərəli istifadə edək. Rəqib 12 oyunçunun xidmətindən yararlana bilərdi, biz isə cəmi beş. Oyunçularımızın sayının az olmasına baxmayaraq, biz buraya mübarizə aparmaq üçün gəldiyimizi göstərdik.

Məncə, öncədən təyinat alsaydım, daha çox futbolçuya sahib ola bilərdik. Daha yaxşı olacağımızı deməzdim, amma hazırkı heyətdən fərqli kollektivə şahidlik edə bilərdik. Futbolçularım olduqca çox enerji itiriblər. İstirahət üçün vaxt ayırmaq mütləqdir. Milli komandaların oyunları üçün yaranacaq fasilədə təlim-məşq toplanışı keçirəcəyik.

Hazırkı təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki təlim-məşq toplanışının yaxşı keçməməsi onların günahı deyil. Futbolçularım sakitləşməli və mənim onlardan istədiyim hər şeyə inanmalıdırlar. Hər şey yoluna düşdükdən sonra daha fərqli “Neftçi” görəcəksiniz.

Realist biriyəm. Komadamın yorulduğunu görürdüm. Onların oyun üslubları xoşuma gəldi. Çünki xarakter göstərdilər və bacardıqlarını ortaya qoydular. 60 dəqiqədən sonra fiziki durumları da aşağı düşdü. Bu, normal idi. Çoxlu səfərlər və oyunlar oldu. Zaman keçdikcə hər şey daha yaxşı olacaq”.

“Ağ-qaralar” iki oyunun nəticəsinə əsasən, 2:5 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button