
“Hər şey üçün təşəkkürlər, Zlatan!” – FOTO
“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, karyerasını bitirən Zlatan İbrahimoviçə təşəkkür edib:
“Hər şey üçün təşəkkürlər, Zlatan! “Milan” və futbol sənin üçün darıxacaq”.
41 yaşlı isveçli İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.
İbrahimoviç İtaliya A Seriyasının cari mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.
O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin