Donnarumma: “Qərar PSJ-nindir”

PSJ-nin qapıçısı Canluici Donnarumma klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin Fransa klubundan asılı olduğunu söyləyib:

“Klubla müqaviləm daha bir ildir. Hər şey təkcə məndən deyil, həm də PSJ-dən asılıdır. Klub qalmağımı istəsə, burada oynamağa davam edəcəm. Sadəcə, müqaviləni uzatmaq lazımdır. Amma qərar PSJ-nindir”.

İtaliyalı qolkiper 2021-ci ilin yayında “Milan”dan ayrılaraq, azad agent kimi PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button