“Hər şey özümüzdən asılıdır” – Renduliç

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 35-ci turunda doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün fantastik oyun oynadılar. Qələbəyə layiq idik. Təzyiq altında oynamaq asan deyildi. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bu komanda iki ay əvvəl 8-ci yerdə idi. Son 6 oyunda 5 qələbə qazanmışıq. 2-3-cü olmaq üçün yetərincə şansımız var. Hər şey özümüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik. Bu gün bütün oyunu yaxşı keçirdik. Rəqibə yaxşı təzyiq etdik. Onların bir dəfə kornerdən qol fürsətləri oldu. Favorit komandaların xal itirdiyini çox görmüşük. “Neftçi” ilə matç çox ağır olacaq. Onlar da qalib gələ bilərlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button