“Hər şey istədiyimiz kimi oldu” – “Qəbələ”nin baş məşqçisi

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində “Cəbrayıl”la yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra bölgə klubunun baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini klubun saytına açıqlayıb:

“Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button