“Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi” – Baxşıyev

“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi”.

Komanda.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Mingəçevir”ə qarşı Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

44 yaşlı çalışdırıcı qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:

“Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir. Kubokda növbəti rəqib barəsində yox, çempionatda həftəsonu qarşılaşacağımız “Səbail”lə görüşü fikirləşirik. Bütün diqqətimizi, həmin oyuna yönəltmişik”.

“Mingəçevir”ə 3:1 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” Azərbaycan kubokunda 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button