“Hər şey dərhal düzələsi deyil” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəhbərliyim altında ilk oyun idi. Milli komandaların fasiləsindən sonra 4-5 gün məşq edə bilmişdik. Əhval-ruhiyyəmiz o qədər də yaxşı deyildi. Oyun ərzində təşəbbüs gah bizdə, gah da rəqibdə idi. Hər şey dərhal düzələsi deyil. Bunun üçün bir qədər vaxt lazımdır. Uşaqlara sonadək vuruşduqlarına görə “çox sağ olun” dedim. Komandadan gözləntilər böyükdür. Bütöv bir komanda kimi güclənmək istəyirik. Hücumçularımızın ikisinin zədəli olmasından şikayətlənmək istəməzdim. İstərdim ki, oyunumuzu düzəldək. Templi, sürətli oynamalıyıq. Bunun üçün vaxta ehtiyacımız var”.
Bizi Facebook-da izləyin