“Hər oyunçunun əsas heyətdə oynamaq şansı var” – “Neftçi”nin məşqçisi

“Neftçi”nin məşqçisi Alen-Nikolae Çita Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Oyunda aqressivlik var idi, oyuna yanaşmaları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra rəqibin öz hissəsində üstünlüyü ələ aldıq. Hər bir oyunçumuz təbrikə layiqdir. İkinci yarıda çox yaxşı davrandılar.

Heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. “Qarabağ”la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər. Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha gərgin məşq edir, o da oynayır. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın. Futbol riyaziyyat deyil. Hər dəfə 2+2 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məşqçilər də özümüzü təkmilləşdirməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button