
“Hər oyuna qatil kimi çıxırıq”
“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın qarşıdakı oyunları ilə bağlı əhval-ruhiyyəsindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər oyuna qatil kimi çıxdıqlarını deyib:
“Hər matçda baş məşqçi Xaviyə “müharibə”yə hazır olduğumuzu göstərmək istəyirik. Biz hər oyuna qatil kimi çıxırıq və üç xal qazanırıq”.
“Barselona” La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Real”ı 8 xal qabaqlayaraq, birinci yerdədir.
“Barsa” fevralın 23-də Avropa Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə cavab oyunu keçirəcək. İlk matç 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin