“Mən bunu etməzdim” – “Qızıl top”un qalibi

“Real” Vinisius Juniorun deyil, “Mançester Sit”nin yarımmüdafiəçisi Rodri Hernandesin ehtimal olunan qələbəsi ilə bağlı məlumat aldıqdan sonra bu yaxınlarda keçirilən “qızıl top” mərasimini boykot etmək qərarı vermişdi.

Komanda.az “France Football”-a istinadən xəbər verir ki, mükafatı qazanan ispaniyalı futbolçu bu məsələyə münasibət bildirib:

“İstərdim ki, planetin bütün ən yaxşı futbolçuları belə bir axşamda iştirak etsinlər. Ən yaxşı komanda, ən yaxşı məşqçi də mərasimi buraxdı. Hər kəsin qərarına hörmətlə yanaşıram, baxmayaraq ki, mən bunu etməzdim”.

Oktyabrın 28-də keçirilən “qızıl top”un təqdimetmə mərasimində Rodri birinci, Vinisius ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button