De Byazi: “Hər kəsin maksimumu istəməsi mənə normal görünmür” – Müsahibə

Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyi gözlənilən Canni De Byazi müsahibə verib.

Komanda.az xəbər verir ki, “panorama.com.al”a danışan mütəxəssis, milliyə təyinatı, gözləntiləri və s. məsələlər barədə danışıb:

  • Niyə Azərbaycan millisini seçdiz?
  • Albaniyadan daha çətin şəraitdə özümü sınamaq istədim. Ümumi olaraq, ən azından Millətlər Liqasında belə bir fürsətimizin olacağına inanıram. Qrup mərhələsi asan olmayacaq.
  • Fərq dedikdə, nələri nəzərdə tutursuz?
  • Çünki komandaya məşqçilik etməyim üçün çox az vaxtım var, hətta məşqlər belə yoxdur. Avqustun ilk günlərində Azərbaycana gedəcəm və sentyabrın 5-dən oyunlar başlayacaq. Buna görə də, komandada olacağını düşündüyüm futbolçularla danışmalı, onları tanımalıyam.
  • Albaniya  millisindəki uğuru təkrarlaya bilərsiz?
  • Təbii ki, bunu istəyirəm, amma hər bir vəziyyət fərqlidir. Üstəlik, Albaniya millisində çalışmaq üçün daha çox zamanım vardı.
  • Ansi Aqolli məşqçilər heyətində olacaq?
  • Aqollini yanımda aparacağıma ümid edirəm. İlin sonuna qədər “Nyu-York Kosmos”la müqaviləsi var. Görək onu heyətimizə gətirə biləcəmmi? Bu, çox vacibdir, çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollini çox bəyənirəm.
  • Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiz?
  • Hər anı yaşayacam və müsbət nəticə əldə etmək üçün ən etibarlı futbolçuların kim olduğunu qısa zamanda tapmağa çalışacam.
  •  Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altına sala bilər?
  • Hər kəsin maksimumu istəməsi mənə normal görünmür. Düşünürəm ki, indi əsl vacib olan Millətlər Liqasında qrupundan çıxmaqdır.
  • Azərbaycandan ümumi gözləntiləriniz nədir?
  • Daha çox taktiki diqqət və oyun zamanı topla daha sürətli hərəkət vacibdir.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button