Ançelottidən tənqidçilərə: “Hər kəs istədiyini düşünə bilər”

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubu tənqid edənlərlə yanaşı, son oyundakı məğlubiyyətdən də danışıb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oktyabrın 2-də baş verənlərin problem olmadığını bildirib:

“Tənqidçilər? Hər kəs istədiyini düşünə bilər. Oktyabrın 2-də baş verənləri nəzərə alsaq, bu, problem deyil. Yenidən əlaqə qurmağınız lazım olan vaxtlar olur, bunu mümkün qədər tez etməlisiz. Bəzən uğurlu qaçış səni məğlubedilməz edir, amma məğlubiyyət səni reallığa qaytarır”.

“Real” oktyabrın 2-də UEFA Çempionlar Liqasının 2-ci turunda “Lill”ə uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button