“Hər kəs dua etsin” – Titul görüşünə çıxacaq Ağayev
Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxacaq.
Komanda.az xəbər verir ki, Ağayev dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə qarşılaşacaq.
37 yaşlı idmançı “instaqram” hesabında hər kəsdən dua etməsini xahiş edib:
“Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin