“Hər kəsə şans verdik” – Azər Bağırov
“Zirə” ilə keçirilmiş yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Maraqli oyun oldu. Zədəsiz bir görüş keçirtmək istəyirdik. İsmailin durumuna sabah aydınlıq gətiriləcək. Çalışdıq, bütün futbolçulara şans verək, hər kəs 45 dəqiqə oynasın. Çünki fasilədə ilk yoxlama oyunumuz idi.
Heyəti gücləndirməklə bağlı işlər görülür. Yanvarın 16-17-nə qədər çalışacağıq bu işləri yekunlasdıraq. Əsasən hücum xəttini gücləndirmək istəyirik. Heyətdə rotasiya edə bilmək üçün transfer çalışmalarında yerlilərə üstünlük veririk”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin