“Real”ın hücumçusundan komandanı sevməyənlərə cavab

“Real”ın hücumçusu Xoselu anti-Madridizm və “kral klubu”nu bəyənməmək mövzusunda danışıb.

Komanda.az ABC-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər il yeni uğur qazanan komandanı görməyin başqaları üçün xoşagəlməz olduğunu bildirib:

“Bu, olduqca çirkin sözdür, amma başa düşürəm ki, dünyanın ən yaxşısı olan və hər il yeni uğur qazanan komandanı görmək başqaları üçün xoşagəlməzdir. Və bu heç kimin köməyi sayəsində deyil, klubun işidir.

Bu komanda etdiklərinə, insanlara münasibətinə, sakitliyinə görə dünyanın ən böyük komandasıdır. Səudiyyə Ərəbistanına gələndə stadiondakı insanların 80 faizi “Real” forması geyinir. Mən bunu başqa yerlərdə də görmüşəm, eyni şey Amerikada da olur. Bu, digər klublar üçün çətindir”.

“Real” hazırda 29 turdan sonra 72 xalla İspaniya çempionatına başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button