
Kuman: “Bəxtimiz gətirmədi”
Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya yığması ilə oyundan sonra komandasının UEFA Millətlər Liqasından ayrılmasını şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, gərgin mübarizə keçdiyini bildirib:
“Hər iki komanda yarımfinala yüksəlməyə layiq idi, ancaq bir bilet var. Çox gərgin oyun keçdi, bəxtimiz gətirmədi. Futbolçularımla fəxr edirəm. Biz bu görüşdə mümkün olan hər şeyi etdik”.
İspaniya millisi iki oyunluq gərgin mübarizədə Niderland yığmasını məğlub edərək, Millətlər Liqasının yarımfinalına yüksəlib. İspanlar turnirin final mərhələsinə vəsiqə uğrunda Fransa millisi ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin