“Hər iki komanda üçün zəif oyun oldu” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 23-cü turunun “Real”la görüşünü (1:1) şərh edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, matçın hər iki komanda üçün yaxşı keçmədiyini bildirib:

“Hər iki komanda üçün zəif oyun oldu. “Real” bizdən yaxşı idi, amma matç əla alınmadı. Komandalar ehtiyatlı oynayırdılar, heç kim səhv etmək istəmirdi. Vurduğumuz qol heç-heçə etməyə imkan verdi ki, bu da çempionatda mübarizəmizi davam etdirməyə kömək edəcək.

“Atletiko” matçın sonuna qədər bir xal qazanmaq istəyirdi. Komanda qol vurmaq üçün fürsət axtarmağa davam etdi və nəticədə layiqli heç-heçəyə nail oldu”.

“Real” 23 oyundan 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko” La Liqada eyni sayda matçdan sonra 48 xal toplayıb və dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button