“Hər gün Çempionlar Liqasının finalında oynamırsan” – “İnter”in hücumçusu
Lautaro Martines UEFA Çempionlar Liqasının qarşıdakı final oyunu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “İnter”in argentinalı hücumçusu finalda rəqibləri olan “Mançester Siti”nin oyununu çox bəyəndiyini deyib:
“Şübhəsiz ki, “Mançester Siti” dünyanın ən yaxşı komandalarından biridir. Onların oyununu çox bəyənirəm, çox çətin rəqibdir. Amma biz artıq qrup mərhələsində və pley-offda çox güclü komandalarla qarşılaşmışıq.
Qarşılaşmadan həzz almağa çalışmalısan, hər gün Çempionlar Liqasının finalında oynamırsan. Hər birimizin arzusu gerçəkləşdi, buna görə də, yalnız çox çalışmaq və mümkün qədər yaxşı oynamaq qalır.
Ümid edirəm ki, ən güclü komanda qalib gələcək və matçdan sonra kuboku qaldıracağıq”.
Çempionlar Liqasının final matçı iyunun 10-da, “İnter” və “Mançester Siti” arasında keçiriləcək.
Bizi Facebook-da izləyin