“Hər dəfə oxşar problemlərlə üzləşirik” – Sarri
İngiltərə Premyer Liqasının son turunda “Everton”a 0:2 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:
“İlk hissədə göstərdiyimiz oyunu davam etdirə bilsəydik, nəticə tamamilə fərqli olardı. Hər dəfə oxşar problemlərlə üzləşirik. Hesabda önə keçməsək belə, oyunu nəzarətdə saxlamalıyıq. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Bu gün Qonsalo İquaynın da şansları oldu. Onun ağrıları olduğu üçün 60-65 dəqiqə oynamağa hazır idi. Buna baxmayaraq, o, fiziki və psixoloji vəziyyətini yaxşılaşdırmalıdır”.
İtaliyalı mütəxəssis, mövsümü ilk 4-lükdə bitirmək şansları haqqında da danışıb:
“İlk 4-lükdə qərarlaşmaq şanslarımız? Biz hər matçda 3 xal üçün oynamalıyıq. Şanslarımız real görünür, amma oyunumuzu yaxşılaşdıra bilməyəcəyimiz təqdirdə, bu, gerçək olmayacaq”.
Bizi Facebook-da izləyin