“Hər bir komanda Saray qəsəbəsini təmsil edir” – MÜSAHİBƏ

Bu gün Abşeron rayonunun Saray qəsəbəsindəki 2 nömrəli məktəbin meydançasıda şəhidlərin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilib.

Bununla bağlı turnirin əsas təşəbbüskarlarından olan məktəbin fiziki-tərbiyə üzrə müəllimi Mehman Xəlilov Komanda.az saytına müsahibə verib:

  • Turnirin təşəbbüskarı kim və ya kimlərdir?
  • Başda özüm olmaqla, digər idman müəllimlərinin də təşəbbüs və təklifləri ilə belə bir yarışın keçirilməsinə qərar verdik.
  • Yarış neçə komandanın iştirakı ilə keçiriləcək?
  • Turnirdə 12 komanda iştirak edəcək ki, onların da hər biri Saray sakinlərindən təşkil olunub. Yəni hər bir komanda Saray qəsəbəsini təmsil edir.
  • Turnir hansı aralıqları əhatə edəcək?
  • Oyunlar hər həftənin son günləri keçirilməklə iyun ayının əvvəlinə qədər davam edəcək.
  • Turnirin formatı barədə məlumat verə bilərsiz?
  • Komandalar 6-6 olmaqla iki qrupda mübarizə aparacaq. Ən çox xal qazanan 4 komanda pley-ofda üz-üzə gələcək və sonda qaliblər arasında final matçı keçiriləcək.
  • Yarışın qalibinə pul mükafatı və ya həvəsləndirici nələrsə nəzərdə tutulub?
  • Pul mükafatının şəhidlərimizin adına düzgün hallanmayacağını fikirləşdik və nəticədə, qalibi kubok və medallarla təltif etməyə qərar verdik.
  • Turnir təkcə bu il üçün nəzərdə tutulub, yoxsa ənənəvi hal alacaq?
  • Çalışacağıq ki, turnir ənənəvi keçirilsin, davamlı hal alsın. Bu, daha çox özümüzü yaxşı aparmağımızdan asılıdır. (gülür)

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button