
“Kəpəz” keçmiş baş məşqçisini geri qaytarır? – Açıqlama
“Kəpəz” dünən baş məşqçi Adil Şükürovla yollarını ayırdı. İndi çoxunu düşündürən sual odur ki, komandanın yeni baş məşqçisi kim olacaq. Mətbuatda bir neçə məşqçinin adı “Kəpəz”lə yanaşı hallanır. Onlardan biri də komandanın keçmiş baş məşqçisi Azər Bağırovdur.
Bağırov Komanda.az-a açıqlamasında “Kəpəz”in hazırkı durumu ilə bağlı nəsə deməyin ağır olduğunu bildirdi:
“Həqiqətən, “Kəpəz”in hazırkı durumundan nəyisə danışmaq ağırdır. Çünki beş oyun, beş məğlubiyyət… Bu heç də ürəkaçan bir mənzərə deyil”.
Bağırov, Adil Şükürovun baş məşqçi postundan göndərilməsinə münasibət bildirmək istəmədi:
“Tam səmimi deyirəm, kiminsə göndərilməsinə fikir bildirmək, bu barədə nəsə danışmaq… Yəni, belə deyək, mənim səlahiyyətlərimdə olmayan bir şeylərdir”.
“Kəpəz”dən sizinlə əlaqə saxlayan olub və ya, dəvət etsələr, yenidən qayıdıb işləmək istərsiz” sualına 41 yaşlı mütəxəssisin cavabı belə oldu:
“Yox, mənimlə əlaqə saxlayan olmayıb. Bir şey istəyirəm və diləyirəm ki, hər şey “Kəpəz” üçün xeyirli olsun”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



