Həndbol: Azərbaycan klublarının Avropa kubokundakı rəqibləri müəyyənləşib

Azərbaycanı həndbol üzrə Avropa kubokunda təmsil edəcək kişi və qadın komandaların rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, 2024/25 mövsümünün püşkatmasından sonra məlum olub.

Kişilərdən ibarət “Kür” komandası “Stravolo” (Kipr), “Bakı” isə “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalardan “Kür” Yunanıstan təmsilçisi “İonias”, “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” isə “Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan klubları yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda isə oktyabrın 5-6-da və 12-13-də keçiriləcək. Avropa Kubokunda ümumilikdə 63 kişi və 64 qadın komandası çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button