“Tottenhem” Konteni onunla əvəz etmək istəyir

“Tottenhem” baş məşqçisi Antoni Konte ilə yolları ayırmağı düşünür.

Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, onu “Brayton”un çalışdırıcısı Roberto de Dzerbi əvəzləyə bilər.

Bildirilir ki, Konte səhhətində olan problemlərə görə London təmsilçisini tərk edəcək. Klub rəhbərliyi Dzerbini baş məşqçi postuna layiqli namizəd hesab edir.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 42 xalla 4-cü sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button